10 04 2025-cu il Bakı 9 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Kadırovu tənqid edən şəxs İsveçdə öldürülüb

05.12.2022

Müxalif çeçen bloger Tumso Əbdürrəhmanov İsveçdə öldürülüb.

"DM" xəbər verir ki, 1ADAT Teleqram kanalı İsveçdəki mənbələrinə istinadla məlumat yayıb.

"Onun öldürülməsilə bağlı dəqiq məlumata sahibik, qardaşı Məhəmməd isə xüsusi xidmət orqanları tərəfindən gizlədilib. Tumso gecə saatlarında bir neçə şəxs tərəfindən güllələnib. Hazırda qətlin detalları araşdırılır”, - məlumatda qeyd olunub.

"Azadlıq Radiosu”nun məlumatına görə, Əbdürrəhmanov 1-2 dekabr tarixlərində güllələnib.

Qeyd edək ki, Tumso Əbdürrəhmanov Çeçenistan rəhbəri Ramzan Kadırovun ən sərt tənqidçilərindən biri kimi tanınırdı.