23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənistan parlamenti bu bəyanatı qəbul etməyib

02.12.2022

Ermənistan parlamenti müxalifət blokunun Azərbaycan Milli Məclisinə ünvanladığı bəyanatı qəbul etməyib.

Belə ki, hakimiyyətə müxalif "Hayastan” fraksiyasının təşəbbüsü ilə hazırlanan sənəd layihəsini səsvermədə iştirak edən 97 deputatdan cəmi 29 nəfər dəstəkləyib.

Səsvermədən əvvəl parlamentdə təmsil olunan müxalifət və iqtidar nümayəndələri arasında üç saatlıq gərgin müzakirələr aparılıb.

Bəyanatın mətnində olan "Dağlıq Qarabağ Respublikası”, "Artsax Respublikası”, "Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ” və bir sıra başqa ifadələr hakim "Vətəndaş müqaviləsi” partiyası tərəfindən müsbət qarşılanmayıb.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclası çağırılıb. İclasda müxalif "Hayastan” blokunun təklifi ilə noyabrın əvvəllərində Azərbaycan parlamentinin təqdim etdiyi sənədə cavab olaraq bəyanatın qəbul edilməsi təklif olunub.

Xatırladaq ki, Azərbaycan Milli Məclisinin qəbul etdiyi bəyanatda Ermənistanın təcavüz, terror və soyqırımı aktları öz əksini tapıb.

Mənbə: Sputnik Ermənistan