Ceyhun Bayramov Şimali Makedoniyanın XİN rəhbəri ilə görüşüb
02.12.2022
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyadan olan həmkarı Bujar Osmani ilə görüşüb.
Bu barədə Azərbaycan XİN başçısı öz "Twitter”ində hesabında məlumat verib.
Görüş Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində baş tutub.
Görüş zamanı ikitərəfli münasibətlər və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.