Mixail Podolyak Ukraynanın müharibədəki itkilərini açıqlayıb
02.12.2022
Rusiyanın Xersondan çıxması ilə yeni mərhələyə qədəm qoyan müharibə tam sürətlə davam edərkən Ukrayna "dövlət sirri” olaraq saxladığı məlumatları paylaşıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixail Podolyak Ukraynanın müharibədəki itkilərini açıqlayıb.
Podolyakın açıqlamasına görə, Rusiyanın fevralın 24-də ölkələrini işğal etməsilə başlayan müharibədə həlak olan Ukrayna əsgərlərinin sayı 13 min civarındadır.
Mənbə: Hürriyet