Rumıniya XİN Əldə edilən nəticələri alqışlayırıq
01.12.2022
Ermənistan və Azərbaycan liderləri arasında Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan məhsuldar müzakirələri və əldə edilən nəticələri alqışlayırıq.
"DM" xəbər verir ki, bunu ATƏT XİN şurasının 29-cu iclasında çıxış edən Rumıniyanın xarici işlər naziri Boqdan Auresku deyib.
O qeyd edib ki, Rumıniya həllini gözləyən bütün məsələlərin hərtərəfli həllinin tapılması üçün tərəflərin Aİ-nin dəstəyi ilə aparılan diplomatik danışıqlara davam etməsini dəstəkləyir.
"Əlbəttə, biz bu yaxınlarda Ermənistanda başladılan Aİ-nin Monitorinq Missiyasını da dəstəkləyirik. Rumıniya bu missiyada 4 ekspertlə iştirak edir”, - Aureksu bildirib.