İlham Əliyev Çin sədrinə başsağlığı verib
01.12.2022
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Szinpinə başsağlığı verib.
"DM" başsağlığının mətnini təqdim edir:
"Hörmətli cənab Sədr,
Çin Xalq Respublikasının keçmiş Sədri, görkəmli dövlət xadimi Tszyan Tszeminin vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.
Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan ilə Çin arasında dövlətlərarası əlaqələrin və əməkdaşlığın təməlinin qoyulmasında Tszyan Tszeminin böyük xidmətləri olmuşdur. Biz Azərbaycan-Çin münasibətlərinin inkişafına Tszyan Tszeminin verdiyi töhfəni yüksək qiymətləndiririk.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Çin xalqına dərin hüznlə başsağlığı verirəm".