Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi baş tutacaq
01.12.2022
Rusiya və Ukrayna arasında bu gün hərbi əsirlərin dəyişdirilməsi prosesi baş tutacaq.
"DM" xəbər verir ki, bu barədə qondarma "Donetsk Xalq Respublikası"nın "başçısının” səlahiyyətlərini icra edən Denis Puşilin öz "Telegram” kanalında bildirib.
"Bu gün rəsmi Kiyevlə daha bir mübadilə aparılacaq. Ukrayna Silahlı Qüvvələrinin 50 hərbçisini veririk və əvəzində 50 rus hərbçisini qaytarırıq. Əsirlikdən azad olunan 12 hərbçi "Donetsk Xalq Respublikası”na, 8-i "Luqansk Xalq Respublikası”na aiddir", - o qeyd edib.