Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
01.12.2022
Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Ağrı şəhərinin əhəmiyyəti artacaq.
"DM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, azərbaycanlı qardaşlarımızın torpaqlarının uzun illər işğal altında qalmasının görməzdən gəlinməsinin səbəbi bəzi ölkələrin səssizliyidir:
"Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artacaq. Bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir. Terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olurdu. Artıq bu dövr geridə qaldı".