UFC prezidenti Nurməhəmmədov-Meyvezer döyüşündən danışdı
20.10.2018
UFC prezidenti Deyna Uayt Həbib Nurməhəmmədovla Floyd Meyvezer arasında baş tutması gözlənilən görüş barədə danışıb.
"Dövran Media" xəbər verir ki, o, ESPN telekanalına açıqlamasında bunun şayiədən başqa bir şey olmadığına işarə vurub:
"Buna fikir verməyin. Hər şeydən əvvəl Meyvezerin komandası bizə, ümumiyyətlə, müraciət etməyib. Həbibin isə UFC ilə qüvvədə olan müqaviləsi mövcuddur”.
Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrın 14-də amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb. Meyvezer isə bildirib ki, Nurməhəmmədov boks qaydaları ilə döyüşməyə razılıq versə, buna hazırdır.