21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İsveçrə Rusiyanın 7,9 mlrd. dollar aktivlərini dondurub

01.12.2022

İsveçrə Rusiyanın 7,5 milyard İsveçrə frankı (təxminən 7,95 milyard dollar) dəyərində aktivlərini bloklayıb.

"DM" xəbər verir ki, bu haqda İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) hesabatında bildirilib.

Həmçinin qeyd olunub ki, İsveçrənin 6 kantonunda (red. federativ dövlət kimi İsveçrənin ərazi quruluşu) Rusiyaya məxsus 15 mülk də bloklanıb.

"Bu ilin 3 iyul tarixinə olan məlumatlara əsasən, Rusiya vətəndaşlarının və ya fiziki və hüquqi şəxslərinin SECO-ya bəyan edilmiş əmanətlərinin ümumi məbləği 46,1 milyard frank (təxminən 48,8 milyard dollar) təşkil edib. 25 noyabra qədər müddət ərzində dondurulmuş aktivlərin məbləği isə 7,5 milyard İsveçrə frankı (təxminən 7,95 milyard dollar) təşkil edib” – SECO vurğulayıb.