Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş təsdiq edilib
01.12.2022
"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanmış Saziş təsdiq edilib.
"DM" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanmış Sazişi təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.