Şarl Mişel Çin lideri ilə Ukrayna müharibəsini müzakirə edib
01.12.2022
Avropa İttifaqı (Aİ) öz maraqlarını və dəyərlərini dünyada təbliğ edir.
"DM" xəbər verir ki, bunu Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel Çin lideri Si Cinpinlə görüşdən sonra "Twitter"də yazıb.
"Çin ilə münasibətlərimizin bütün aspektləri üzrə açıq şəkildə qarşılıqlı əlaqələrin qurulması - irəliyə doğru yeganə yoldur. Bu gün biz Rusiyanın Ukraynaya qarşı müharibəsini və onun nəticələrini, qlobal çağırışları və ikitərəfli münasibətlərimizin geniş spektrlərini müzakirə etdik”, – Şarl Mişel qeyd edib.