Avropa İttifaqı “Twitter”i bloklaya bilər
01.12.2022
Avropa İttifaqı amerikalı milyarder İlon Maska məxsus "Twitter”i bloklaya bilər.
Bu, "Twitter”in Aİ-nin kontent moderasiyası qaydalarına əməl etmədiyi təqdirdə baş verə bilər.
Avropa İttifaqının daxili bazar üzrə komissarı Tyerri Breton bununla bağlı Maskla videogörüş keçirib. O bildirib ki, qaydalara əməl edilmədiyi təqdirdə "Twitter” bloklana və ya qlobal dövriyyənin 6%-i qədər məbləğdə cərimələnə bilər.
Mənbə: "Financial Times”