21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

" Siyasətin və iqtisadiyyatın inkişafı göz önündədir"

01.12.2022

"Kiçik və orta biznesin inkişafı ölkənin inkişaf tempini gücləndirir”.

"DM" xəbər verir ki, bunu KOBİA və Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə "KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda INSME-nin 18-ci illik toplantısında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkənin inkişafına təsir edən amillərdən biri işğal idi:

"Sosial mədəniyyət iqtisadiyyatın inkişafında böyük rol oynayır. Ölkənin inkişafına təsir edən böyük amillərdən biri işğal, əhalinin məcburi köçkünə çevrilməsi idi. Bu, iqtisadi tənəzzülə gətirib çıxaran amil idi. Ərazilərimizi iki il öncə azad etdik. Bərpa işləri aparırıq. Burada insan kapitalının böyük rol oynadığını görə bilərik. Siyasətin və iqtisadiyyatın inkişafı göz önündədir”.