21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu ərazilərimizə qar yağıb

01.12.2022

Dekabrın 1-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Lənkəran-Astarada intensiv xarakterli olub.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qar örtüyünün hündürlüyü Altıağacda 9 sm, Şahdağda 3 sm, Qrız, Xaltan, Qusar, Qaxda 2 sm, Qobustan, Quba, Şəki, Göygöldə 1 sm olub.

Düşən yağıntının miqdarı Lənkəranda 26.0 mm, Lerikdə 25.0 mm, Astarada 19.0 mm, Göytəpədə 11.0 mm, Qəbələdə 10.0 mm, Şahbuz, Yardımlı, Neftçala, Beyləqan, Oğuzda 9.0 mm, Ağdərə, Şəki, İmişli, Salyan, Biləsuvarda 8.0 mm, Göyçayda 7.0 mm, Culfa, Ağdamda 6.0 mm, Şahdağ, Zərdab, Kürdəmir, Şərur, Şəmkir, Zaqatala, Şabran, Altıağac, Qobustan, Mingəçevir, Qax, Xaltan, Xaçmaz, Sədərək, Daşkəsən, Naxçıvan, Yevlax, Sabirabad, Cəfərxan, Şirvan, Hacıqabul, Bərdə, Göygöl, Ceyrançöl, Quba, Balakən,Qusar, Ağstafa, Qrız, Naftalanda 5.0 mm-dək,

Bakıda və Abşeron yarımadasında: Bakıda 8.0 mm, Maştağada 6.0 mm, Binədə 5.0 mm, Pirallahıda 4.0 mm, Sumqayıtda 3.0 mm-dək olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin bu gün də davam edəcəyi, dekabrın 2-də yağıntılarda qısamüddətə fasilə olacağı gözlənilir.