STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib
20.10.2018
SOCAR-ın STAR Neft Emalı Zavodunun yerləşdiyi ərazi Xüsusi Sənaye Zonası elan edilib.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Resmi qazete”də çıxan 190 saylı qərarında deyilir.
Qərarda deyilir:
"İzmir vilayəti, Aliağa rayonunda bilinən və əlavə olaraq xəritədə sərhədləri göstərilən ərazinin SOCAR Turkey Enerji Anonim Şirkəti Xüsusi Sənaye Zonası olaraq elan edilməsinə,9/1/2002-ci il tarixli və 4737 saylı qanuna 4/Ç maddəsinə uyğun olaraq qərar verilir”.