03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiyanın dondurulmuş aktivlərinə qarşı nə planlaşdırılır?

30.11.2022

"Brüssel tərəfdaşları ilə birlikdə Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək, sonra onları Ukraynanın bərpasına ötürmək və Rusiya müharibəsinin vurduğu ziyanı kompensasiya etmək üçün plan hazırlayacaq”.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib:

"Rusiya törətdiyi dağıntılara görə maliyyə xərcini ödəməlidir. Ukraynaya dəymiş itkilər 600 milyard avro qiymətləndirilir. Rusiya və onun oliqarxları Ukraynanın itkilərini kompensasiya etməli və ölkənin bərpası xərclərini ödəməlidirlər. Bizim bunu etmək üçün imkanlarımız var. Rusiya ödəyir. Biz Rusiya Mərkəzi Bankının 300 milyard avro ehtiyatını blokladıq və rus oliqarxlarının 19 milyard avro pulunu dondurduq”.

O qeyd edib ki, qısa müddətdə Avropa İttifaqı tərəfdaşları ilə birlikdə bu vəsaitlərin idarə edilməsi və investisiyası üçün qurum yarada bilər.

"O zaman biz Ukrayna üçün alınan vəsaitdən istifadə edərdik. Və sanksiyalar ləğv edildikdən sonra bu vəsait Ukraynaya dəymiş zərərin tam ödənilməsi üçün istifadə olunmalıdır”, - Avropa Komissiyasının sədri bildirib.

O əlavə edib ki, Aİ bunu hüquqi yolla mümkün etmək üçün tərəfdaşlarla beynəlxalq müqavilə üzərində işləyəcək.

Fon der Lyayen həmçinin bildirib ki, Aİ Rusiyanın təcavüz cinayətini araşdırmaq və mühakimə etmək üçün BMT-nin dəstəyi ilə ixtisaslaşmış məhkəmənin yaradılmasını təklif edir.

Mənbə: Yevropeyskaya Pravda