XİN başçısı: Türkiyənin anti-terror əməliyyatlarının qarşısını almağa çalışanlar var
30.11.2022
Türkiyənin anti-terror əməliyyatlarının qarşısını almağa çalışanlar var.
"DM" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, ABŞ başda olmaqla bəzi müttəfiq ölkələr terrora verdikləri dəstəyə son qoymalıdır.
Nazir ABŞ-ın Türkiyənin hava zərbələri endirməsini, amma quru əməliyyatlarına başlamaması barədə mesajlarına da son verməli olduğunu deyib.
"Türkiyə özü anti-terror mübarizəsini davam etdirmək iqtidarında bir ölkədir”, - nazir deyib.