21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Beş kanala platforma yayımçısı lisenziyası verilib

30.11.2022

Audiovizual Şurası AРA TV, Səhiyyə TV, Agro TV, "Vivace” və ATV+Cinema kanallarına platforma yayımçısı lisenziyası verib.

Bu barədə  Şuradan bildirilib.

Qeyd olunub ki, Şuranın iclası keçirilib və iclasda peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınması məqsədilə AРAMARK MMC, Səhiyyə TV MMC, Aqro Televiziya və Radio MMC və ATV Plus MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılıb.

Müraciət edən şirkətlər tərəfindən təqdim olunmuş sənədlər və onların məzmunu Şura üzvləri tərəfindən müzakirə olunub. Geniş müzakirələrdən sonra peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının AРAMARK MMC-yə (televiziya redaksiyasının adı: AРA TV), Səhiyyə TV MMC-yə (televiziya redaksiyasının adı: Səhiyyə TV), Aqro Televiziya və Radio MMC-yə (televiziya redaksiyasının adı: Agro TV) və ATV Plus MMC-yə (televiziya redaksiyalarının adları: "Vivace” və ATV+Cinema) verilməsi barədə müvafiq qərarlar qəbul edilib.