Çavuşoğlu: Türkiyə Ukraynada atəşkəs üçün səylərini davam etdirəcək
30.11.2022
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə Buxarestdə görüşüb.
"DM"-nın verdiyi xəbərə görə, nazir bu barədə "Twitter" hesabında məlumat paylaşıb.
O qeyd edib ki, ukraynalı həmkarı ilə görüşdə Türkiyənin Ukraynanın ərazi bütövlüyünə dəstəyinin və daimi atəşkəs üçün səylərinin davam edəcəyini vurğulayıb.