Naxçıvanda ləğv edilməli dövlət qurumları – Siyahı
30.11.2022
Xəbər verdiyimiz kimi, bir müddətdir Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında antikorrupsiya əməliyyatları aparır.
"DM" xəbər verir ki, aparılan əməliyyat nəticəsində Naxçıvan Maliyyə Nazirliyi və Gömrük Komitəsində aşkarlanan külli miqdarda (144 və 132 milyon manat) yeyinti faktının aşkara çıxmasından sonra Gömrük Komitəsi ləğv edilib və onun bazasında mərkəzə tabe olan baş idarə yaradılıb.
Onu da bildirək ki, Naxçıvan özünün Konstitusiyası, Nazirlər Kabineti və Ali Məclisi olan muxtar respublikadır.
Naxçıvan konstitusiyasına görə, Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
Hazırda DTX və Gömrük Komitəsi ləğv olunub, onların bazasında mərkəzə tabe baş idarələr yaradılıb.
Nazirlər Kabinetinə daxil olan qurumların siyahısını təqdim edirik:
Nazirliklər
Daxili İşlər Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Fövqəladə Hallar Nazirliyi
Ədliyyə Nazirliyi
Maliyyə Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Gənclər və İdman Nazirliyi
İqtisadiyyat Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi
Mədəniyyət Nazirliyi
Rabitə və Yeni Texnologiyalar Nazirliyi
Səhiyyə Nazirliyi
Təhsil Nazirliyi
Komitələr
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Dövlət Statistika Komitəsi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Xidmətlər
Dövlət Nəqliyyat Xidməti
Dövlət Energetika Xidməti
Dövlət Miqrasiya Xidməti
Dövlət Sığorta Xidməti
Xarici Kəşfiyyat Xidməti
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Agentlik
Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi
Medianın İnkişafı Agentliyi
Departament
Dövlət Turizm Departamenti