21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Güneyli hüquq müdafiəçisi Təbrizin iqtisadi durumunun pisləşdiyini bildirib

30.11.2022

"Təbriz Məşrutə inqilabından əvvəl ən inkişaf etmiş şəhər idi".

"DM" xəbər verir ki, bunu yazıçı, jurnalist və Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Maşallah Rəzmi "Urmu gölünün harayı" adlı tədbirdə deyib.

O bildirib ki, həmçinin Pəhləvi dövründə, İslam inqilabına qədər Təbriz ölkədə 5-ci yerdə qərarlaşmışdı. Lakin indi Təbriz ölkədə iqtisadi durumuna görə 11-ci şəhərdir:

"100 ildə Təbrizi 11-ci sıraya salıblar. Təbriz yaxınlığında "Əndəryan" qızıl mədəni yerləşir. Bu, Yaxın Şərqdə ən böyük qızıl mədənidir. İran Rusiya ilə müqaviləyə bağlayaraq bu yatağı istismar edir. Ordan nə qədər qızıl çıxarıldığı və hara getdiyi haqda xalqa hesabat verilmir.

İkinci bir yataq "Süngün" mis mədənidir. Bu da ikinci ən böyük mis mədənidir. Burdan çıxarılan mis ya Kirmana aparılır, ya da Çinə ixrac edilir. Sərvətlərimiz talanır və xalqa heç bir açıqlama verilmir".