Ağ Ev Putinin adamını sanksiya siyahısından çıxardı
19.10.2018
ABŞ "Roskosmos”un rəhbəri Dmitri Roqozini müvəqqəti olaraq sanksiya siyahısından çıxarıb.
"Dövran Media" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu addım Roqozinin NASA rəhbərliyi ilə görüş üçün Vaşinqtona gəlməsi ilə bağlıdır.
NASA rəhbəri Cim Braydenstayn Ağ Evin bu addımı atmasını məntiqli sayıb və səfərdən sonra onun yenidən ABŞ-a gəlməsinə qadağanın qoyulacağını əlavə edib.
Xatırladaq ki, Dmitri Roqozin 2014-cü ildə Ukraynadakı hərbi münaqişədən sonra ABŞ-ın sanksiya siyahısına düşüb.