03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Akopcanyan:Makeyi aradan götürdülər, növbədə Nikoldur

29.11.2022

Qəfil vəfat edən Belarusun xarici işlər naziri Vladimir Makeyin adı hazırki Prezident Aleksandr Lukaşenkonun yeganə güclü rəqibi kimi hallanırdı. Onun ölümünün rəsmi səbəbinə inanan yoxdur. Bəzi mənbələrdən aldığım məlumata əsasən, onu aradan götürdüblər. Buna bir çox səbəb var.

"DM" xəbər verir ki, bu sensasion fikirlərlə erməni siyasi şərhçi Razmik Akopcanyan çıxış edib.

"Makey Qərb ilə Belarus arasında yeganə körpü idi. O, konkret olaraq qərbyönümlü bir siyasətçi idi və Belarusun özündə də ictimayət arasında böyük nüfuzu vardı. Hamı onu Lukaşenkonu əvəz edə biləcək siyasətçi kimi görürdü. Aydındır ki, bu, bir çox güclərə sərf etmirdi və onun karyerası da həyatı ilə birgə bitdi. Britaniyanın "Deyli Mirror” nəşrinin məlumatına görə isə Makey Ukrayna münaqişəsi ilə bağlı "gizli danışıqlar”dan sonra vəfat etdi.

Sözsüz ki, bu tip məqamlarda heç kim deyə bilməz ki, bu bir təsadüfdür, çünki siyasətdə təsadüflərə yer olmur. İndi sırada Nikol Paşinyandır!” - deyə o qeyd edib.