Stoltenberq: Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumları artacaq
29.11.2022
Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumlarının artacağını gözləyə bilərik.
"DM" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.
"Döyüş meydanında itkilərə məruz qalan, geri çəkilən Rusiya mülki əhaliyə zərbələr endirir və biz bu zərbələrin artacağını gözləyə bilərik”, - Stoltenberq bildirib.
Baş katibin sözlərinə görə, Rusiya məğlub olduqca, Ukraynanın mülki əhalisinə qarşı hücumları intensivləşdirir.