İsa Həbibbəylinin oğlu haradadır?
29.11.2022
Ləğv olunmuş Naxçıvan Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibəylinin həbs olunması xəbəri doğru deyil.
"DM" Bakupost.az-a istinadən xəbər verir ki, o, korrupsiya faktına görə açılan cinayət işi ilə bağlı hər gün dindirilsə də, saxlanılmayıb.
Qeyd olunur ki, onun rəhbərliyi dövründə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı aşkarlanb və sübut olunub.
Cinayət işini araşdıran təhqiqat qrupu Səhət Həbibbəylidən həmin vəsaitlərin hara xərclənməsi ilə bağlı hesabat tələb edib və ona bu məsələyə aydınlıq gətirməsi üçün vaxt veriblər.
Xatırladaq ki, Naxçıvanda aparılan genişmiqyaslı antikorrupsiya əməliyyatları zamanı bir neçə vəzifəli şəxs həbs olunub.
Səhət Həbibbəyli ilə bağlı isə ziddiyətli informasiyalar yayılmaqdadır.
Bu barədə jurnalistlər Səhhət Həbibbəylinin atası, AMEA Prezidenti İsa Həbbibəyliyə də sualla müraciət ediblər. O, oğlunun harada olması barədə heç bir məlumatı olmadığını bildirib.
"Mənim oğlumla, Naxçıvanda baş verənlərlə bağlı deməyə sözüm yoxdur. Hesab edirəm ki, övladla bağlı ataya sual verməyin özü etikaya sığmır. Bilmirəm, oğlum haradadır, xəbərim də yoxdur” - İsa Həbibbəyli jurnalistlərə bildirib.