Daha bir SEPAH zabiti İsfahanda öldürülüb
29.11.2022
İsfahanda noyabrın 28-i İran İslam İnqilabı Keşikçiləri Korpusunun zabitinə sui-qəsd edilib.
"DM" xəbər verir ki, bu barədə əyalət valisinin siyasi, ictimai və təhlükəsizlik məsələləri üzrə müavini Məhəmmədrza Cannisari İran mediasına deyib.
Bildirilir ki, naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində yaralanan SEPAH zabiti xəstəxanada həyatını itirib.
O, zabitin kimliyi barədə hər hansı açıqlama verməsə də, sui-qəsdçinin saxlanılması üçün axtarış əməliyyatlarının başladığını deyib.