23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kuleba NATO ölkələrinə çağırış edib

29.11.2022

"NATO ölkələri təcili olaraq silah istehsalını artırmalı, həmçinin müdafiə sənayesinə investisiyaları çoxaltmalıdır”.

Bu fikirləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba çərşənbə axşamı Buxarestdə iki günlük iclas üçün bir araya gələcək NATO xarici işlər nazirlərinin görüşündən əvvəl deyib. Nazirlərin görüşündə məqsəd Ukraynaya dəstəyin artırılması məsələlərinin müzakirəsidir.

"Biz bugünkü döyüşlərdə mübarizə apararkən sabahkı döyüşlərdə necə vuruşacağımızı düşünməliyik”, - deyə Kuleba qeyd edib.

Kulebanın sözlərinə görə, istehsalın artırılması zəruridir, çünki bəzi ölkələr əllərində olan silahları Kiyevə vermək istəmirlər.

"Biz eyni zamanda bir faktı da etiraf etməliyik: dünyada elə ölkələr var ki, Ukraynaya lazım olan şeylərə malikdirlər, lakin siyasi səbəblərə görə bunların kifayət qədər satışını təşkil etmək niyyətində deyillər”, - deyə nazir vurğulayıb.

O həmçinin qeyd edib ki, Ukrayna hakimiyyəti "qeyri-daimi tərəfdaşlar”a daha az etibar etməlidir.

"Onlara güvənmək və Ukraynaya silah tədarükünün zəruriliyinə inandırmaq üçün aylar sərf etmək əvəzinə, istehsala başlamalıyıq. Biz ehtiyatları olan, lakin bunları paylaşmaq istəməyən üçüncü ölkələrin qərarsızlıqlarından asılı olmamalıyıq”, - deyə Kuleba əlavə edib.

Mənbə: Politico