03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Samus: HİMARS-lar artıq Krıma çatır

29.11.2022

Ukrayna artıq müxtəlif ərazilərdə qarşıdan gələn əməliyyatlar üçün hazırlıqlara başlayıb. Onlar hazır olduqda həyata keçiriləcək.

"DM" xəbər verir ki, bunu Ordu Araşdırmaları, Konversiyaları və Silahsızlaşdırması üzrə Ukrayna Mərkəzinin beynəlxalq məsələlər üzrə sədr müavini Mixail Samus deyib.

O qeyd edib ki, indi hücumun hansı istiqamətlərdə aparılacağını dəqiq söyləmək mümkün deyil:

"Bu, Luqansk vilayəti ola bilər, bəlkə Xerson və ya Zaporojye... Əgər söhbət Xerson və Zaporojye vilayətlərindəki uğurlardan gedirsə, o zaman Krıma doğru daha da irəli getdiyimiz göz qabağındadır. Yeni il qabağı uğur bəlli olacaq”.

Onun sözlərinə görə, Xerson vilayətinin sol sahilində ruslar arasında vəziyyət onların istədikləri qədər də ürəkaçan deyil.

"Onların problemi var, çünki bizim HİMARS-larımız demək olar ki, Krıma çatmaq üzrədir. Bu o deməkdir ki, istənilən komanda məntəqəsi, silah-sursat anbarı, rabitəyə nəzarət sistemi, istənilən logistika yüksək dəqiqlikli zərbələr altındadır”, - Samus bildirib.