İranda hökumət qüvvələri insanlara atəş açır
29.11.2022
İranda repressiv hökumət qüvvələri insanları döyür, onlara atəş açır və öldürür.
Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.
Qeyd edilir ki, insanlar buna baxmayaraq etiraz səslərini ucaldırlar.
Tehranın Narmək məhəlləsində repressiv molla rejiminə qarşı etiraz nümayişi keçirilib.
Nümayişçilər "Diktatora ölüm olsun, Xameneiyə ölüm olsun!” - deyə şüarlar səsləndiriblər.