Sərkisyan partiyasını təcili topladı
19.10.2018
Ermənistanın Respublikaçılar Partiyasının icraedici orqanının növbədənkənar parlament seçkisiylə bağlı iclası keçirilib.
"Dövran Media" xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində erməni deputat Armen Aşotyan paylaşıb. Onun sözlərinə görə, iclas dünən baş tutub və onu eks-prezident Serj Sərkisyan idarə edib.
İclasda əsas müzakirə mövzusu Ermənistandakı siyasi situasiya, Seçki Məcəlləsində dəyişiklik və növbədənkənar parlament seçkisi olub.