7 ölkənin XİN rəhbərləri Kiyevə gedib
28.11.2022
Bu gün Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveç xarici işlər nazirləri Ukraynanın paytaxtı Kiyevə gedib.
"DM" xəbər verir ki, bu barədə Estoniya XİN rəhbəri Urmas Reynsalu "Twitter"də yazıb.
"Biz, xarici işlər nazirləri, Ukrayna ilə həmrəyliyimizi nümayiş etdirmək üçün bu gün Kiyevdəyik. Rusiyanın raket yağışına və vəhşiliyinə baxmayaraq, Ukrayna qalib gələcək” – Reynsalu qeyd edib.