21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanda ipoteka müqavilələrinin sayı ARTIB

28.11.2022

Cari ildə torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq 34 469 olub.

Qeyd edək ki, dövlət başçısının "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan yaradır.

Eyni zamandan cari ilin yanvar-oktyabr ayları ərzindəki texniki pasportun və ipoteka müqavilələrinin sayı da açıqlanıb.

Belə ki, bu ilin 10 ayı ərzində 231 128 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% artım deməkdir.

2022-ci ilin yanvar-oktyabr ayları ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% artaraq 58 049 təşkil edib.