Almaniyanın İrandakı səfiri XİN-ə çağırılıb
28.11.2022
Almaniyanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
"DM" xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Məlumata görə, səfirin çağırılmasına səbəb İranda baş verən etirazlarla bağlı rəsmi Berlinin təşəbbüsü ilə BMT İnsan Haqları Şurasının (UNHRC) iclasının keçirilməsidir.
Qeyd edək ki, iclasın nəticəsi olaraq İranda etirazçılarda ən azı 300 nəfərin ölümü ilə nəticələnən zorakılıqlarla bağlı faktaraşdırıcı komissiya yaradılıb.