Azərbaycan Qazaxıstandan buğda idxalını 4 dəfədən çox artırıb
28.11.2022
Cari ilin iyulun 1-dən noyabrın 1-dək Azərbaycan Qazaxıstandan 79,1 min ton buğda idxal edib.
"DM” xarici mediaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur.
Belə ki, 2021-ci ilin iyulun 1-dən noyabrın 1-dək Qazaxıstandan Azərbaycana 16,8 min ton buğda ixrac olunub.
Cari ildə Qazaxıstandan buğda idxalını ən çox artıran ölkə isə Çindir. Belə ki, ötən il 10,9 ton buğda idxal edən ölkə, bu ilin qeyd olunan dövründə Qazaxıstandan 129 min ton buğda idxal edib.
Qeyd edək ki, əsas buğda istehsalçıları olan Rusiya və Ukraynada geosiyasi vəziyyət Qazaxıstanın buğda və un ixracını artırmasına təsir edib.