Fransada yaşayan iranlı hüquq müdafiəçiləri Ağdama səfər ediblər
28.11.2022
Fransada yaşayan Təbriz əsilli hüquq müdafiəçiləri işğaldan azad edilmiş ərazilərə səfər ediblər.
"DM"-nın xəbərinə görə, Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri Jalə Təbrizli və hüquq müdafiəçisi, yazıçı-tədqiqatçı Maşallah Rəzmi Ağdama gəliblər.
Onlar ilk olaraq Ağdamkəndin xarabalıqları ilə tanış olublar.
Qonaqlar gün ərzində erməni vandallığına məruz qalmış digər əraziləri ziyarət edəcək, Azərbaycan dövlətinin apardığı təmir-bərpa işləri ilə tanış olacaqlar.