Türkiyə Antiterror əməliyyatları zamanı PKK/YPG terrorçularını məhv edib
28.11.2022
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı antiterror əməliyyatları davam edir.
"DM"-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda "Barış Pınarı” və "Zeytin Dalı” bölgələrində daha 14 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi bildirilib.
Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında "Fırat Kalkanı”, "Zeytin Dalı” və "Barış Pınarı” əməliyyatları çərçivəsində 6 il ərzində 16 min 913 terrorçu zərərsizləşdirib.