Rusiya Xersonu atəşə tutmaqda davam edir
28.11.2022
Ukrayna qoşunlarının Xersonu azad etməsinə baxmayaraq, Rusiya şəhəri artilleriya atəşinə tutmağa davam edir.
"DM" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, noyabrın 27-də ərazidə 54 atəş hadisəsi qeydə alınıb.
"Şəhər həssasdır, çünki indi Dnepr çayının şərq sahilindən, yeni möhkəmləndirilmiş müdafiə xətlərinin arxasından atəş açan Rusiya artilleriya sistemlərinin əlində qalır. Zərərin çox hissəsi Rusiyanın reaktiv yaylım atəşi sistemlərindən, xüsusi ilə BM-21 Qrad sistemlərindən istifadə etməsinin nəticəsidir”, - məlumatda qeyd edilib.