İranda daha 7 azərbaycanlı fəal həbs olunub
28.11.2022
İranda daha 7 azərbaycanlı fəal - Vahid Əliqulupur, Hamid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi həbs olunublar.
"DM" xəbər verir ki, bu barədə "Azad İran” Teleqram kanalı Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan media və milli fəallara istinadən məlumat yayıb.
Məlumata görə, Tehranda saxlanılan Vahid Əliqulupur Evin zindanına, qalan 6 fəal isə Marağa şəhər həbsxanasına köçürülüb.
Fəalların həbs səbəbləri barədə dəqiq məlumat olmasa da, onların etiraz aksiyaları ilə bağlı saxlanıldığı güman edilir.