Ərdoğan nazirlərlə quru əməliyyatını müzakirə edəcək
28.11.2022
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkə hökumətinin iclası keçiriləcək.
"DM" xəbər verir ki, bu barədə "TRT Haber” məlumat yayıb.
Qeyd edilir ki, iclasda Türkiyə ordusunun Suriya və İraqın şimalında həyata keçirdiyi anti-terror əməliyyatları, həmçinin ehtimal edilən quru əməliyyatları müzakirə olunacaq.