Mariam Cişkariani: Saakaşvili zəhərlənib
25.11.2022
Analizlər zamanı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin bədənində 3 ağır metal aşkar edilib ki, bu da onun zəhərlənmiş ola biləcəyini göstərir.
"DM" xəbər verir ki, bunu "Empatiya” qeyri-hökumət təşkilatının rəhbəri və həkimi Mariam Cişkariani deyib.
"Saakaşvilinin zəhərlənmə qurbanı olması ehtimalı yüksəkdir, biz bunun əlavə təsdiqini gözləyirik. O, işgəncələrə, qeyri-insani rəftara məruz qalıb və bəlkə də onu zəhərləmək cəhdi olub. Saçında üç ağır metal aşkar edilib”, - Cişkariani bildirib.
O, Prezident Salome Zurabişvilini Saakaşvilini dərhal əfv etməyə çağırıb.
Qeyd edək ki, Saakaşvilinin vəkili və anası onun zəhərləndiyi haqda məlumat yayıb. Onun zəhərlənməsinin qəsd olduğu istisna edilmir.