Tokayev ilk səfərini bu ölkəyə edəcək
25.11.2022
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev yenidən prezident seçildikdən sonra ilk səfərini Moskvaya edəcək.
"DM" xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov söyləyib.
O bildirib ki, səfər noyabrın 28-də baş tutacaq və Rusiya Prezidenti Vladimir Putinlə görüşdə sənədlər imzalanacaq:
"Bu, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin dövlət başçısı kimi yenidən seçilməsindən sonra ilk xarici səfəri olacaq. Prezidentlər Orenburqda keçiriləcək Rusiya və Qazaxıstanın regionlararası əməkdaşlıq forumunun iştirakçıları qarşısında çıxış edəcək. Onlar Moskvadan videokonfrans vasitəsilə əlaqə saxlayacaqlar. Prezidentlər işgüzar səhər yeməyi formatında ünsiyyəti davam etdirəcək, sənədlər imzalayacaqlar, ona görə də bu, bizim üçün və ikitərəfli Rusiya-Qazaxıstan münasibətləri üçün çox vacib tammiqyaslı səfər olacaq”, - Peskov bildirib.