21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Prezidentdən İrana: Bu sualın cavabı var?

25.11.2022

Azərbaycan ərazilərinin işğalı dövründə İran silahlı qüvvələri Azərbaycan sərhədinin Ermənistan tərəfindən işğal olunmuş hissəsində heç vaxt heç bir təlim keçirməyib. Onlar bunu edə bilərdilər. Azərbaycan sərhədinin 132 kilometri işğal altında idi. Bu da Azərbaycanla İranın sərhədidir. Bəs niyə bu sərhəddə hərbi təlimlər keçirmədilər?

"DM" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransında çıxışı zamanı deyib.

"İran rəsmiləri, o cümlədən yüksək rütbəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün "qırmızı xətt” olduğunu bildirir. Niyə onların heç biri bizim haqqımızda da danışmır? 30 il ərazilərimiz işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün İran üçün "qırmızı xətt” olduğunu eşidən varmı? Yox. Bu, Azərbaycan xalqının verdiyi sadə sualdır. Tək mən yox”, - Prezident bildirib.