"Ermənistan Azərbaycan ərazilərində basdırdığı minaları Laçın dəhlizindən daşıyıb”
24.11.2022
"Ermənistan 2021-ci il istehsalı olan və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırdığı minaları Laçın dəhlizindən daşıyıb”.
"DM”-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan üçtərəfli bəyanatın bəzi müddəalarını yerinə yetirmir: "Yenə də Azərbaycan ərazisində minalar aşkarlanıb. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi qəbuledilməzdir. 2021-ci il istehsalı olan minaların daşınması Laçın dəhlizi vasitəsilə həyata keçirilib”.