Alimpaşa Məmmədovun məhkəməsi başlayıb
24.11.2022
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
"DM" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunur.
Alimpaşa Məmmədov məhkəmədə çıxış edib. O, 4 milyon manata yaxın vəsaitin Azfarel MMC-yə xərclənməsi ilə bağlı ittihamı qəbul etməyib. Deyib ki, bütün işləri daxili imkanlar və öz büdcəsi hesabına edib.
Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.