Rusiya LGBT təbliğatını qadağan edib
24.11.2022
Rusiya Dövlət Duması qeyri-ənənəvi cinsi münasibətlərin, pedofiliyanın və cinsi dəyişmək istəyi yarada biləcək məlumatların təbliğatını qadağan edən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
"DM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Sənəddə qeyri-ənənəvi münasibətlərin, pedofiliyanın təbliğatına qadağa, LGBT-lər haqqında məlumatların mediada, internetdə, reklamda, ədəbiyyatda və kinoda yayılmasına qadağa qoyulur. Həmçinin internetdə, mediada, kitablarda, audiovizual xidmətlərdə, filmlərdə və reklamlarda yeniyetmələr arasında cinsiyyət dəyişikliyi çağırışlarına qadağa qoyulub. Filmlərdə LGBT münasibətləri təbliğ edən materiallar varsa, ona yayım sertifikatının verilməsinə qadağa qoyulur. Xüsusilə, 18 yaşına çatmamış vətəndaşların LGBT məlumatlarına çıxışı qadağan edilib”, - məlumatda deyilir.
Həmçinin "Uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması haqqında” qanuna qeyri-ənənəvi cinsi münasibətlərin, pedofiliyanın və uşaqların cinsini dəyişmək istəyinə səbəb ola biləcək məlumatların təbliği də qadağan olunub.
Qeyd olunur ki, "Roskomnadzor” qanuna uyğun olaraq girişi məhdudlaşdırılmalı olan məlumatları müəyyən etmək üçün İnternetdə monitorinqin aparılması qaydasını müəyyən etmək hüququna malikdir. Monitorinq hökumətin icazə verdiyi təşkilat tərəfindən aparılacaq.