Priqojindən şok: Avropa Parlamentinə gürz göndərib
24.11.2022
"Vaqner” və "Konkord” şirkətlərinin rəhbəri Yevgeni Priqojin Avropa Parlamentinə gürz göndərib.
"DM" xəbər verir ki, bu barədə "Kiber Front Z” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, üzərində qan ləkələri və "Vaqner” yazısı olan gürz skripka futlyarının içərisində göndərilib.
"Konkord” bağlamanı Avropa parlamentariləri üçün məlumat çantası adlandırıb.