Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Rusiya ordusunun növbəti dəfə Ukrayna şəhərlərini uzaqmənzilli raket atəşlərinə məruz qoymasından sonra Kiyevdə kommunal xidmətlərlə bağlı problemlər artıb.
"Dünən saat 12-dən etibarən şəhərdə işıqla bərabər su da kəsilib. Hazırda Kiyevin 70 faizi susuz qalıb”, - deyə məlumatda qeyd edilib.
O da bildirilib ki, son vəziyyətlə əlaqədar sakinlərə Kiyevdən köçmək tövsiyə olunur.
"Kiyevdə bu təklif bir ay əvvəldən − şəhərin infrastrukturları raket hücumuna məruz qalandan bəri var. Lakin insanlar bildirirlər ki, harasa köçmək, yolda qalmaq onlar üçün daha çətindir, nəinki yaranan çətinliyə uyğunlaşmaq”, - deyə jurnalist əlavə edib.