Etirazlarda daha bir SEPAH məmuru öldürülüb
24.11.2022
İranda etirazçılar daha bir SEPAH məmurunu öldürüb.
"DM" xəbər verir ki, hadisə 23 noyabr axşam saatlarında baş verib.
Bildirilir ki, Mərivan şəhərindəki etirazlarda yaranan toqquşma nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun "Bəsic” qüvvələrinə mənsub məmuru Əli Fəttahi öldürülüb.