Əliyevin təyyarəsini serb qırıcıları bu cür qoruyub – Video
24.11.2022
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Serbiyaya səfər edib. Azərbaycan Prezidentinin təyyarəsi Serbiya ərazisinə daxil olarkən, MiQ-lər havaya qaldırılıb və İlham Əliyevin təyyarəsini enişə qədər müşayiət ediblər.
"DM" Yenipress.az-a istinadən xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycan liderinə bu xüsusi münasibəti Avropa mediasının da diqqətini çəkib.
Serbiya mediası isə Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsini qoruyan serb MiQ-lərinin görüntüsünü paylaşıb.
Qeyd edək ki, Vuçiçin bu jesti dünyada nadir presedentlərdəndir və qonağa xüsusi münasibətin göstəricisi sayılır.